Sosial şəbəkədə biz:

Özəlləşdirilən müəssisələrin siyahısı genişləndirilib

07 March 2016, 21:13
Gündəm

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsi haqqında qərarları Nazirlər Kabinetinin müraciəti əsasında qəbul edəcək.

Müvafiq dəyişiklik "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na bu gün dövlət başçısının sərəncamı ilə edilib. Ötən ilin oktyabrında Prezident İlham Əliyev "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", qanuna dəyişikliklərin təsdiq edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, Standartlaşdırma və metrologiya müəssisələrinin özəlləşdirilməsindən qadağa götürülüb.