Sosial şəbəkədə biz:

Tanrı yatır içimdə! – Əli Hacı

08 March 2016, 15:05
Gündəm
Kim örtəcək üstümə qışın soyuq qarını?! bir hava çal, oynayım unutmaqçün ağrımı. boran gəlir, qar yağır içimə bu istidə. dədəm gedib dərd qoyub, anam yoxdu isidə. qapım açıq, ay döyən sevinsin boş əllərin. üzə bağli olana- mənim sərxoş əllərim… soyuq düşdü gecəmə sabahım qar içində… nəfəsi al, səs salma Tanrı yatır içimdə!…