Sosial şəbəkədə biz:

“Qanuni oğru“ Azərbaycan diasporunun nümayəndəsinə 6 kq qızıl “atıb“

04 August 2021, 16:05
Gündəm

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndəsinə qarşı 50 milyon rubl (təxminən  1 milyon 200 min manat ) dəyərində dələduzluq baş verib.

Azərbaycanlı, “Qiya Sverdlovski” ləqəbli qanuni oğru Georgi Akoyevlə əlaqəyə girərək, onda olan 6 kq qızılı satmaq niyyətində olduğunu bildirib.

Məlumata görə, “Sverdlovski”nin adamları ilə görüşən həmyerlimiz qızılı onlara təhvil versə də, əvəzində  ümumiyyətlə pulsuz qalıb.

Yerli KİV-in yazdığına görə, azərbaycanlı indi polisə də şikayət edə bilmir. Əvəzində başqa “qanuni oğru”larla əlaqəyə girərək onlardan kömək istəyir. Lent.az