Sosial şəbəkədə biz:

Naxçıvanda 7 min qadın idmanla məşğul olur

09 March 2016, 11:02
Gündəm
Naxçıvan Muxtar Respublikasında 1 qadın Milli Məclisin, 7 qadın Ali Məclisin deputatı, 13 qadın isə bələdiyyə sədridir. "Report" xəbər verir ki, bunu muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib. O bildirib ki, muxtar respublikada 15 sahibkar qadın var. Muxtar respublikanın qadınlarının 22 minə yaxını Yeni Azərbaycan Partiyasının üzvüdür. 20 mindən artıq qadın səhiyyə, mədəniyyət, təhsil sahələrində, o cümlədən dövlət qulluğunda və özəl müəssisələrdə çalışır. 7 mindən çox qadın idmanın müxtəlif növləri ilə məşğul olur.