Sosial şəbəkədə biz:

Bakıda ana və 3 yaşlı oğlu dəm qazından boğulub öldü

09 March 2016, 11:52
Gündəm
Bakıda ailə faciəsi baş verib. Nəsimi rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 8-də saat 21.00 radələrində qeydə alınıb. 1993-cü il təvəllüdlü Leyla Səlimova və onun 3 yaşlı oğlu Sirac Səlimovun yaşadıqları evin vanna otağında meyitləri aşkar edilib. İlkin ehtimala görə, ana və oğlu dəm qazından boğularaq ölüblər. Faktla bağlı araşdırma aparılır.