Komada olan gizir 8 ay sonra vəfat etdi
Komada olan qazi 8 aydan sonra vəfat edib.
APA-nın verdiyi məlumata görə, gizir Mirzə Balaqardaş oğlu Əhmədov qəhrəmancasına döyüşdüyü Vətən müharibəsində yaralandıqdan sonra komaya düşüb və 8 aydan sonra vəfat edib.
O, doğulduğu Cəlilabad rayonunun Ocaqlı kəndində torpağa tapşırılacaq.