Sosial şəbəkədə biz:

Tramp Əfqanıstanda baş verənləri "ABŞ-ın ən böyük məğlubiyyəti" adlandırıb

16 August 2021, 08:38
Gündəm

ABŞ-ın keçmiş prezidenti, respublikaçı Donald Tramp Ağ Evin hazırkı rəhbəri, demokrat Co Baydenin Əfqanıstanla bağlı siyasətini tənqid edib.

APA TASS-a istinadən xəbər verir ki, o, Baydenin etdiyi hərəkətlərin ölkə tarixində ən böyük məğlubiyyətlərdən biri kimi tarixə düşəcəyini bildirib.

“Co Baydenin Əfqanıstanla bağlı etdikləri – bir əfsanədir. Bu, tarixin ən böyük məğlubiyyətlərindən biri olacaq”, - deyə Trampın yaydığı açıqlamada qeyd olunub.