Sosial şəbəkədə biz:

Nazir sabiq Dövlət katibinin oğlunu işdən çıxardı

10 March 2016, 11:14
Gündəm
Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə nazirlikdə daha bir şöbə müdirini vəzifəsindən azad edib. Azinforum.az  xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, nazir bu gün imzaladığı əmrlə nazirliyin Dövlət müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi şöbəsinin müdiri Mir Heydər İsmayılovu tutduğu vəzifəsindən azad edib. Qeyd edək ki, Mir Heydər İsmayılov 1991-ci ilin noyabr ayının 20-də helikopter qəzasında həyatını itirmiş Azərbaycan Respublikasının Prezidentinin Dövlət katibi Tofiq İsmayılovun oğludur.