Sosial şəbəkədə biz:

Azərbaycanda orta illik inflyasiya 12 faizi ötəcək

11 March 2016, 21:34
Gündəm
Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 12,1% səviyyəsində proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib. Daha əvvəl Azərbaycan hökuməti 2016-cı ildə orta illik inflyasiyanı 4,4% səviyyəsində proqnozlaşdırırdı. Lakin 2015-ci ilin dekabr ayında manatın devalvasiyasından sonra inflyasiya üzrə proqnoza təkrar baxılmasına zərurət yarandı. “2016-cı ildə inflyasiya 12,1% səviyyəsində proqnozlaşdırılır”, - deyə nazirlikdən qeyd ediblər. Xatırladaq ki, 2015-ci ildə ölkədə orta illik inflyasiya 4% təşkil edib.