Sosial şəbəkədə biz:

Prezident Administrasiyasından müxalifətə təklif gəlib

Bu gün Prezident Administrasiyasından “Azadlıq-2015” seçki blokunda təmsil olunan partiyalardan birinin rəhbərinə siyasi partiyalarla növbəti görüşün keçirilməsi ilə bağlı təklif gəlib. Bu barədə musavat.com-a daxil olan xəbərdə deyilir ki, növbəti görüşdə müzakirəyə çıxarmaq üçün bir neçə mövzu da təklif edilib. Xəbərdə həmçinin deyilir ki, “Azadlıq-2015” blokundakı 8 partiyanın rəhbərliyi təkliflə bağlı bu gün saat 16-da növbədənkənar toplantı keçirəcək. Mənbənin sözlərinə görə, razılıq əldə olunacağı halda PA ilə siyasi partiyalar arasında növbəti görüş mayın ortalarına qədər keçiriləcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol