Sosial şəbəkədə biz:

Azərbaycanda bank rəhbəri vəzifəsini tərk etdi

14 March 2016, 11:37
Gündəm
Laçın Əliyev Azərbaycanın NBCBank-ının İdarə Heyətinin sədr müavini postunu tərk edib. Azinforum.az Trend-ə istinadən bildirir ki, bu barədə bankın saytında məlumat verilib. L.Əliyev bu postu 2013-cü ilin oktyabrından tuturdu. Hazırda bankın İdarə Heyətinin tərkibinə sədr səlahiyyətlərini icra edən Elçin Məmmədov, onun müavini Səid Qasımov və İdarə Heyətinin üzvü Ofelya Həmidova daxildir. NBCBank 1992-ci ildən Azərbaycanın bank bazarında fəaliyyət göstərir.