Sosial şəbəkədə biz:

Bakıda qız zorlandığını bir il sonra başa düşüb

14 March 2016, 16:29
Gündəm
Təcavüzkarın kimliyi də müəyyənləşdirilib. Martın 12-də Səbail rayon Polis Bölməsinə 28 yaşlı Bakı sakini K.Məmmədova müraciət edib və təcavüzün qurbanı olduğunu bildirib. “Ərizə yaz – asayiş keşikçiləri bildiriblər, - biz o yaramazı tutacağıq”. Lakin polis əməkdaşları təcavüz faktının sübutunun bu qədər çətin olacağını bilməyiblər. Məlum olub ki, zorlanma hadisəsi keçən ilin aprelin 5-də, nə mənzildə, nə də ki küçədə - elə cinayətkarın “Volsvagen” markalı avtomobilində baş verib. Təcavüzkarın kimliyi də müəyyənləşdirilib, amma əməliyyatçılar onu saxlamağa tələsmirlər. Şöbənin əməliyyatçılarını bir sual narahat edir: “Niyə görə qız təcavüzə uğradığını yalnız bir il sonra xatırlayıb?”.