Sabah milli geyim dəfiləsi olacaq - Muzey Mərkəzində
Bakı Milli Geyim Evi “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi olacaq.
"Qafqazinfo" xəbər verir ki, Geyim Evinin art direktoru Könül Vəlibəylinin verdiyi məlumata görə, dəfilə 17 martda, saat 18.30-da Muzey Mərkəzində keçiriləcək.
Dəfilədə qadın, kişi, uşaq geyimləri nümayiş olunacaq.
Giriş sərbəstdir.