Sosial şəbəkədə biz:

Əli Kərimlinin mühafizəçisi ilə bağlı məhkəməyə - Müraciət

19 March 2016, 11:44
Gündəm
Dövlət Sərhəd Xidməti Əli Kərimlinin mühafizəçisi, AXCP Suraxanı rayon şöbəsinin sədri Bəhruz Həsənli ilə bağlı məhkəməyə müraciət edib. "Qafqazinfo" Azadlıq qəzetinə istinadən xəbər verir ki, müraciətdə Bəhruz Həsənlinin Facebook-da yazdığı statusla onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyi qeyd olunur. Məhkəməyə göndərilən iddiada Bəhruz Həsənlinin üzr istəməsi, yayılmış məlumatların yığışdırılması və DSX-yə dəymiş mənəvi zərərin əvəzi kimi cavabdeh şəxsdən 20 min manat məbləğində pulun cavabdehdən tutulması tələb olunur.