Sosial şəbəkədə biz:

Türkiyədə İstiklal Caddesində terror - 2 ölü və yaralılar var+Video

19 March 2016, 13:37
Gündəm
Türkiyənin İstiqlal küçəsində partlayış baş verib. “Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, partlayışda yaralıların olduğu bildirilir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşınları cəlb olunub. Hələ ki, İstanbulda baş verən partlayışın səbəbi bilinmir. CNN-in yaydığı məlumata görə, 2 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Hazırda küçəyə giriş-çıxış bağlanıb. Küçənin üzərindən isə helikopterlər uçur. Partlayışa səbəb isə canlı bomba olaraq göstərilir.