Sosial şəbəkədə biz:

Qazilərimizin “Polad Ələmdar”la FOTOLARI

11 January 2022, 09:07
Gündəm

Azərbaycanın Vətən Müharibəsi qazilərindən ibarət qrup “Kurtlar Vadisi” serialında "Polad Ələmdar" obrazı ilə məşhurlaşan Necati Şaşmazla görüşüb.
Görüşdən fotoları aktyor N.Şaşmaz sosial şəbəkə hesabında paylaşıb.
Bildirilib ki, MHP Millət vəkili Olcay Kılavuzla azərbaycanlı qazilər Necati Şaşmazı ziyarət ediblər.
Qeyd edək ki, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənlinin rəhbərlik etdiyi Azərbaycanın Vətən Müharibəsi qazilərindən ibarət qrupun Türkiyəyə səfəri davam edir.

Qazilərimizin “Polad Ələmdar”la  FOTOLARI
Qazilərimizin “Polad Ələmdar”la  FOTOLARI
Qazilərimizin “Polad Ələmdar”la  FOTOLARI