Sosial şəbəkədə biz:

Bakıda kasıbları təhqir edən “Gelandewagen” sürücüsü üzr istədi - VİDEO

11 January 2022, 20:59
Gündəm

Bakıda aztəminatlı ailələri təhqir edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyi (DIN) Mətbuat xidməti xəbər verir ki, bu gün sosial şəbəkələrdə Bakıda yüksək sürətlə hərəkət edən “Gallendvagen” markalı avtomobilin sürücüsünün aztəminatlı ailələri təhqir edən görüntüləri yayılıb.

Bununla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilb və həmin sürücünün 1985-ci il təvəllüdlü Samid Bağırov olması müəyyən edilərək saxlanılıb.

S.Bağırovla polis idarəsində profilaktiki söhbət aparılıb və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb. O, əməlindən peşiman olduğunu deyərək üzrxahlıq edib.

https://www.youtube.com/embed/qVo2nt2riPc