Sosial şəbəkədə biz:

Ata və qızı yaralandı, azyaşlı oğlu öldü - Dəhşətli qəza

21 March 2016, 13:57
Gündəm
Lənkəranda ağır yol qəzası baş verib. " Azinforum.az " APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Nüvədi qəsəbəsi ərazisində qeydə alınıb. Lənkəran rayon sakini, 28 yaşlı Qabil Muxtar oğlu Əbdülovun idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili qarşı tərəfdən gələn digər minik avtomobili ilə toqquşub. Güclü zərbədən "VAZ-2106"-nın sürücüsü və onun yanındakı sərnişinləri olan uşaqları -12 yaşlı Elvira və 9 yaşlı Şamo müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yaralılara lazımi tibbi yardım göstərilib. Həkimlərin səylərinə baxmayaraq baş beynin ağır dərəcəli zədələnməsi diaqnozu təyin edilmiş 9 yaşlı Şamonun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.