Sosial şəbəkədə biz:

Premyer Liqa klubu öz futbolçusu ilə bağlı araşdırmalara başlayıb

30 January 2022, 12:12
Gündəm

"Brentford", Premyer Liqanın qış fasiləsi zamanı Dubayda tətildə olan hücumçu İvan Toninin kluba qarşı təhqiramiz ifadələr işlətdiyi videonu araşdırır.
Qaynarinfo xəbər verir ki, hücumçu "f*** Brentford" dediyi videonun sosial mediada sızmasından sonra araşdırmalara başlanılıb.
30 milyon funt-sterlinq dəyərində qiymətləndirilən forvard Premyer Liqanın qış fasiləsində komanda yoldaşı Brayan Mbeumo ilə hazırda Dubayda istirahətini davam etdirir. 
25 yaşlı futbolçu 2020-ci ilin avqustunda "Peterboro Yunayted"dən transfer olunub. O, ötən mövsüm 31 qol vurub. 
Videonun sosial mediada yayılmasından sonra azarkeşlər oyunçudan cavab tələb ediblər. Bu mövsüm bütün yarışlarda 7 qol vuran Toni hələ ki, cavab vermir. "Brentford"dan "Mirror"a verilən açıqlamada isə videodan xəbərdar olduqları və araşdırma aparıldığı bildirilib. 

https://platform.twitter.com/embed/Tweet.html?dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2hvcml6b25fdHdlZXRfZW1iZWRfOTU1NSI6eyJidWNrZXQiOiJodGUiLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3NwYWNlX2NhcmQiOnsiYnVja2V0Ijoib2ZmIiwidmVyc2lvbiI6bnVsbH19&frame=false&hideCard=false&hideThread=false&id=1487154414100037637&lang=en&origin=https%3A%2F%2Fqaynarinfo.az%2Faz%2Fpremyer-liqa-klubu-z-futbolcusu-ile-bali-arasdirmalara-baslayib%2F&sessionId=f227f5855cb8af38430b262d0ecc5f7cefdc47aa&theme=light&widgetsVersion=75b3351%3A1642573356397&width=550px