Sosial şəbəkədə biz:

Bakıda sabiq məhkum gənc oğlanı qətlə yetirdi

23 March 2016, 12:59
Gündəm
Paytaxtda qətl törədilib. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun İ.Hidayətzadə küçəsi ev 3-ün qarşısında qeydə alınıb. Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Məmməd Məmmədov münaqişə zəminində tanışı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Zülfüqar Əzizlini bıçaqlayıb. Nəticədə Z.Əzizli xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törədən M.Məmmədov saxlanılıb. Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.