Sosial şəbəkədə biz:

PKK-çı qadınların lideri məhv edildi

23 March 2016, 13:13
Gündəm
Türkiyə təhlükəsizlik qüvvələrinin Şırnak vilayətində həyata keçirdiyi əməliyyat zamanı PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın öldürüldüyü iddia edilir.   Publika.az-ın xəbərinə görə, bu barədə Türkiyə mediası xəbər yayıb.   Məlumata görə, bu gün Şırnak şəhər mərkəzində davam edən əməliyyatlarda 4 terrorçu məhv edilib. Onların arasında PKK terror təşkilatının qanadı YPS-nin qadınlar birliyinin lideri Bərivan Avestanın da olduğu deyilir. Bundan başqa, 9 PKK-çı sağ ələ keçirilib.