Sosial şəbəkədə biz:

“İdeal”ın keçmiş sahibinə hökm oxundu

14 February 2022, 13:33
Gündəm

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“ Azinforum.az ” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.İsmayılov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, iş adamının Nərimanov rayonunda yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, İ.İsmayılov 2013-2016-cı illərdə vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilmişdi.