Sosial şəbəkədə biz:

Zelenski: "3 min əsgərimiz həlak olub"

16 April 2022, 09:35
Gündəm

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin başlanğıcından bəri 3000-ə yaxın ukraynalı əsgərin öldüyünü açıqlayıb.

Yenisabah.az CNN-ə istinadla xəbər verir ki, o, Ukrayna rəsmilərinin hesablamalarına əsaslanıb. 

Zelenskinin sözlərinə görə, 10 minə yaxın Ukrayna əsgəri yaralanıb və onlardan neçəsinin sağ qalacağını söyləmək çətindir”.

O qeyd edib ki, mülki əhali arasında itkiləri hesablamaq hələlik qeyri-mümkündür.

“Mülki insanlar haqqında danışmaq çox çətindir, çünki ölkəmizin cənubunda, ölkəmizin şəhər və kəndlərinin blokadada olduğu Xerson, Berdyansk, Mariupol və şərqdə Volnovaxanın yerləşdiyi ərazi - biz sadəcə olaraq bloklanan o zonada nə qədər insanın öldüyünü bilmirəm”, - deyə Zelenski qeyd edib.