Sosial şəbəkədə biz:

Ştaynmayer Qarabağla bağlı görüşü təsdiqlədi...

04 April 2016, 21:33
Gündəm
Almaniyanın XİN rəhbəri Frank-Valter Ştaynmayer təsdiq edib ki, Dağlıq Qarabağ üzrə Minsk qrupu çərşənbə axşamı Vyanada səfirlər səviyyəsində görüşəcək, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir. “Sabah Dağlıq Qarabağ üzrə Minsk qrupu Vyanada səfirlər səviyyəsində görüşəcək”, - Ştaynmayer norveçli həmkarı Berq Brende ilə Berlində mətbuat konfransı zamanı deyib. O, əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi çox təhlükəlidir və bölgədə asanlıqla yayıla bilər.