Sosial şəbəkədə biz:

Prokurorluq "Azadlıq" radiosu ilə bağlı qərar verdi

Bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi Sənan Paşayev “Azadlıq” radiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb. Təhvil-təslimdə Azadlıq radiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edir. Xatırladaq ki, prokurorluq əməkdaşları ötən il dekabrın 26-da radionun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər. Həmin axtarış zamanı götürülən sənəd, avadanlıq və radionun rəsmi möhürü hələ ki qaytarılmayıb. Onu da qeyd edək ki, Radionun Bakı bürosu son 10 ilə yaxın müddətdə C.Cabbarlı, 44 ünvanında – «Caspian Plaza»da yerləşirdi. «Caspian Plaza»nın rəhbərliyi aprelin 30-da icarə müqaviləsinə xitam verildiyini bildirib və ofisdən əşyaların çıxarılmasını xahiş edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol