Sosial şəbəkədə biz:

"Mənə görə boşananlar çoxdur, mən isə 20 ildir eyni qadınlayam" - FOTO

24 September 2022, 09:45
Gündəm

2008-ci ildə izlənmə rekordları qıran "Issız Adam" filmində "Alper" obrazını canlandıran aktyor Cemal Hünal “CinemaPort” jurnalına müsahibə verib.

Bakupost.az xəbər verir ki, aktyor maraqlı etirafları ilə gündəmə gəlib. O, illər keçməsinə baxmayaraq, hələ də “Issız adam” adlandırıldığını bildirib.

""Issız adam"ın Türkiyədə son 20 ildə çəkilmiş ən yaxşı filmlərdən biri olduğunu düşünürəm. Bu, mənim üçün böyük şansdır", deyən aktyor filmi sona qədər izləmədiyini etiraf edib."Mənə görə evlənənlər və boşananlar çoxdur. Mən isə 20 ildir eyni qadınla yaşayıram (həyat yoldaşı Lalə Canqaldan bəhs edir - red.) Alper şəxsən bəyənmədiyim obrazdır. Elə birini yanımda saxlamaram, söhbəti də mənə maraqsız gələr", - deyə sənətçi vurğulayıb.

Qeyd edək ki, aktyor "Yanlış anlama 2" adlı yeni filmi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

"Mənə görə boşananlar çoxdur, mən isə 20 ildir eyni qadınlayam" - FOTO
"Mənə görə boşananlar çoxdur, mən isə 20 ildir eyni qadınlayam" - FOTO