Sosial şəbəkədə biz:

Prezident və xanımı Anım Gününə həsr olunmuş xatirə lövhəsini ziyarət ediblər

27 September 2022, 12:47
Gündəm

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər.

Azinforum.az  xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Azərbaycan Prezidenti burada çıxış edib.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.