Sosial şəbəkədə biz:

Müharibədə ölən rusların banka borcları silinəcək

27 September 2022, 16:48
Gündəm

Səfərbərliklə xüsusi hərbi əməliyyata cəlb edilən Rusiya vətəndaşları həlak olduqda və ya birinci qrup əlillik aldıqda onların banklardakı kreditləri və ipoteka borcları silinəcək.

Bu barədə Dövlət Dumasının maliyyə bazarı komitəsinin sədri Anatoli Aksakov deyib. O, kreditlərin silinməsinin dövlət hesabına deyil, kredit təşkilatlarının hesabına baş verəcəyini deyib.

Bu məlumatı maliyyə nazirinin müavini Aleksey Moiseyev təsdiqləyib.