Adil Əliyev: “Xalqın çörəyi burunlarından gəlsin, haramları olsun”
“Böyük qələbəmizə kölgə salmaq istəyən qüvvələr var. Daxildə, o cümlədən xaricdə oturub, Azərbaycan xalqına, şəhidinə, qazisinə “dil uzadırlar”. Onlar bizdən deyillər”.
Bunu Milli Məclisin sədr müavini Adil Əliyev bildirib.
A.Əliyev qeyd edib ki, həmin insanlar xalqın nümayəndələri ola bilməzlər: “Xalqın çörəyi onların burnundan gəlsin, haramları olsun. Xalqın çörəyini yeyib, təxribatla məşğuldurlar. Onlar düşmən dövlətlərin alətinə çevriliblər. Ar olsun. Mərd insanlar isə xalqın xidmətində dururlar. Bundan sonra da belə olacaq”.