Sosial şəbəkədə biz:

Aİ rəsmisi: "Azərbaycanlılara qarşı hərbi cinayətlər törədənlər məsuliyyətə cəlb edilməlidir"

03 October 2022, 09:29
Gündəm

"Bu gün mənə azərbaycanlılara qarşı törədilmiş hərbi cinayətləri əks etdirən bir neçə video göndərilib".

Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar tviter hesabında yazıb.

"Bunlar da araşdırılmalı və əsl təqsirkarlar məsuliyyətə cəlb edilməlidir. Münaqişə hər iki tərəfdə dərin yaralar buraxdı və bunun üçün məsuliyyətə ehtiyac var", - o qeyd edib.