Sosial şəbəkədə biz:

Ukrayna Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib

05 October 2022, 08:45
Gündəm

Ukrayna Xersonda 50-dən çox yaşayış məntəqəsini azad edib.

APA-nın Ukrayna mətbuatına istinadən xəbərinə görə, bu barədə Ukrayna daxili işlər nazirinin müavini Yevgeni Yenin bildirib.

O, 100-dən çox müharibə cinayətinin sənədləşdirildiyini qeyd edib:

"Xerson rayonunda 50-dən çox yaşayış məntəqəsi azad edilib və 3500-dən çox vətəndaş Rusiya işğalından qurtulub. Milli Polis tərəfindən 105 müharibə cinayəti sənədləşdirilib və bu istiqamətdə işlər davam etdirilir".

Y. Yenin rayonda mobil buraxılış məntəqəsinin fəaliyyətə başladığını qeyd edib.