Sosial şəbəkədə biz:

Putin Kadırova general-polkovnik rütbəsi verdi

05 October 2022, 17:22
Gündəm

Çeçenistan rəhbəri Ramzan Kadırova general-polkovnik rütbəsi verilib.

Bu barədə Çeçenistan rəhbəri öz Telegram kanalında bildirib.

“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya Prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”, - Kadırov vurğulayıb.

Qeyd edək ki, bu, Çeçenistan rəhbərinin Ukraynadakı müharibə zamanı aldığı ikinci rütbədir. Bu ilin mart ayında ona general-leytenant hərbi rütbəsi verilib.