Sosial şəbəkədə biz:

“Kişilərin qorxaq və simic olması…” – Aynişan

09 October 2022, 10:37
Gündəm

Bloger Aynişan Quliyeva şəhərin mərkəzində yerləşən iki mağazasının bağlanması haqda yayılan xəbərə reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, bloger mərkəzi küçələrin birində yeni mağaza açdığını bildirib: "Çoxdandır ki, arzuladığım və üzərində çalışdığım biznesim başlayır".

Aynişan Quliyeva "Kişilərdə ən nifrət etdiyiniz xüsusiyyət nədir?" sualına isə "Qorxaq və simic olması. Tənbəl olması da başqa hadisədir", - deyə cavab verib.

Bloger "Sevdiyiniz insanın ali təhsilini, madiyyatını önəmsəyirdiniz?" sualına isə belə cavab verib: "Önəmsəmirdim, amma önəmsəmək lazım imiş".

İfaçı şəxsi həyatı haqda sualı da cavablandırıb. O, "Tənhalıq sizi yorurmu?" sualına "Bunu tənha insanlardan soruşsanız daha düzgün cavab verər",-deyib.