Sosial şəbəkədə biz:

Nazir baş müstəntiqi rəis təyin etdi

20 October 2022, 11:38
Gündəm

Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə yeni rəis təyin edilib.

" Azinforum.az " ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Elmar Quliyev Sumqayıt ŞPİ-nin 5-ci PB-ə rəis təyin olunub.

Qeyd edək ki, E.Quliyev bu təyinatadək DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi vəzifəsində çalışıb.