Sosial şəbəkədə biz:

Naxçıvan-Bakı reysində təyyarədəki nasazlıq yarandı

24 October 2022, 09:14
Gündəm

“Azərbaycan Hava Yolları" aviaşirkətinin Naxçıvan-Bakı reysi (J2-256) üzrə uçan təyyarəsinin göyərtəsində salonun hermetikliyinin pozulmasını göstərən sensorun işə düşməsi nəticəsində oksigen maskaları açılmışdır.
Bu barədə “Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarə yerli vaxt ilə saat 20:01-də ştat rejimində Heydər Əliyev Beynəlxalq Hava Limanına uğurla eniş edib.


Hazırda Bakı aeroportunun texniki xidməti hava gəmisinin yoxlanışını həyata keçirir.