Sosial şəbəkədə biz:

“Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək” - Putin

28 October 2022, 08:13
Gündəm

"Rusiya SSRİ-nin və çar imperiyasının tarixi irsindən əl çəkməyəcək".

Bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında deyib.

"Siz heç nədən imtina edə bilməzsiniz: çar imperiyasında da, Sovet İttifaqının tarixində də kifayət qədər müsbət məqamlar var idi", - deyə Prezident vurğulayıb.

O qeyd edib ki, hər iki dövrün öz çətinlikləri olub, lakin onlar müxtəlif yollarla aradan qaldırılıb.

Qeyd edək ki, ABŞ dövlət katibinin müavini Viktoriya Nuland bir müddət əvvəl Putinin SSRİ-ni yenidən yaratmaqla tarix yazmağa can atdığını bildirmişdi.

Qafqazinfo