Sosial şəbəkədə biz:

Azərbaycanda problemli kreditlər 25 % azalıb

28 October 2022, 16:16
Gündəm

Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 649,5 milyon manat təşkil edib. 

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,5 % azdır.

Ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 9,7 %, son 1 ildə isə 25,4 % azalıb.

Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 3,4 % təşkil edib. Bu nisbət ötən ilin sonuna 4,3 %, ötən il sentyabrın sonuna isə 5,6 % olub.