Sosial şəbəkədə biz:

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu oldu

06 November 2022, 12:04
Gündəm

Azərbaycanın iki taekvondoçusu Rumıniyanın paytaxtı Buxarestdə keçirilən kiçikyaşlı yeniyetmələr arasında Avropa birinciliyində çempion olub.

Federasiyadan verilən məlumata görə, 27 kq çəki dərəcəsində Sabir Məmmədli və 30 kq-dakı Nazim Məmmədov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib çıxıb.

Onlar yarışda baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında mübarizə aparıblar.