Sosial şəbəkədə biz:

Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

09 November 2022, 11:26
Gündəm

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin təşəbbüsü ilə ABŞ və Kanada arasında yerləşən və dünyanın ən böyük şəlalələrindən olan Niaqara şəlaləsi 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə mavi, qırmızı və yaşıl rənglər ilə işıqlandırılıb.

Bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb.

8 noyabr tarixinin ölkəmizdə Zəfər Gününə təsadüf etməsi, eləcə də, ABŞ və Azərbaycan arasında vaxt fərqini nəzərə alaraq, şəlalənin məhz bu tarixdə işıqlandırılması üçün Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Niaqara Şəlaləsi Dövlət Parkının rəhbərliyinə müvafiq müraciət ünvanlanıb və Park rəhbərliyi tərəfindən sözügedən müraciət ilə bağlı müsbət qərar qəbul edilib.