Sosial şəbəkədə biz:

“Bura da elə həvəslə, forsla gəlmişəm“ - Flora Kərimova

19 November 2022, 13:53
Gündəm

Xalq artisti Flora Kərimova plastik əməliyyat etdirdiyini açıqlayıb.

Bu barədə sənətçi "Günaydın Azərbaycan" verilişində danışıb.

F. Kərimova deyib ki, göz nahiyəsi ətrafında əməliyyat etdirib, lakin uğurlu keçməyib:

"Eynəyi çıxara bilmirəm. Bir naşının əlinə düşdüm. O naşı da yöndəmsiz əməliyyat etdi. Bu gün-sabah da onun sözünü deyəcəm. Bura da elə həvəslə, forsla gəlmişəm. Bir saat güzgüyə baxdım ki, bəlkə eynəksiz yaxşı olar. Plastik əməliyyat idi, o da heç lazım deyildi".