Sosial şəbəkədə biz:

İranda etiraz aksiyaları zamanı 47-si uşaq olmaqla 378 nəfər öldürülüb

20 November 2022, 01:53
Gündəm

Məhsa Aminin ölümü ilə nəticələnən etirazların dağıdılması zamanı İranın güc strukturlarının əməkdaşları tərəfindən azı 378 nəfər, o cümlədən 47 uşaq öldürülüb. 

Bu barədə İranın İnsan Haqları təşkilatının direktoru Mahmud Əmiri-Müqəddam “Agence France-Presse” (AFP) agentliyinə bildirib.

“16 sentyabrdan bu günə kimi 47-si uşaq olmaqla azı 378 etirazçı repressiv qüvvələr tərəfindən öldürülüb”, - o vurğulayıb.

Qeyd edilir ki, son günlər ölənlərin sayı daha 36 nəfər artıb.

İranın Pakistanla cənub-şərq sərhədində yerləşən Sistan-Bəlucistan əyalətində azı 123 nəfər, Kürdüstan və Tehran əyalətlərində 40, Qərbi Azərbaycan vilayətində isə 39 nəfər həlak olub.

Təşkilat rəhbəri BMT-nin İnsan Haqları Şurasının gələn həftə keçiriləcək iclası ərəfəsində rejimin yalançı təbliğat kampaniyası aparması barədə də xəbərdarlıq edib.