Sosial şəbəkədə biz:

“Azərbaycan və Ermənistan sülhə nail ola bilər” - Fransa səfiri

22 November 2022, 08:32
Gündəm

"İnanıram ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər".

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter" hesabında yazıb.

“Fransanın Azərbaycandakı səfiri kimi missiyam dünən rəsmən başa çatıb. Bu, tarixi bir anda böyük təcrübə idi.

Azərbaycan qazandığım bir çox dostlara minnətdaram və davamçım Ann Buayona ən yaxşısını arzulayıram.

Mən inanıram ki, Azərbaycan və Ermənistan sülhə nail ola bilər. Heç vaxt təslim olma", - deyə o qeyd edib.