Sosial şəbəkədə biz:

MN-dan sülhməramlıların komandanlığına ÇAĞIRIŞ

25 November 2022, 08:25
Gündəm

Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinin komandanlığına çağırış edib.

Nazirliyin yaydığı açıqlamada bildirilir ki, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığını müvafiq məlumatlarında ölkəmizin ərazisindəki yaşayış məntəqələrinin adlarını düzgün toponimlərlə ifadə etməyə və qanunsuz erməni hərbi birləşmələrinin ərazilərin minalanması daxil olmaqla, bütün təxribatçı fəaliyyətlərinin ciddi surətdə qarşısının alınmasına çağırırıq.