Sosial şəbəkədə biz:

Azərbaycanda 50-yə yaxın baxçada isti yemək veriləcək

25 November 2022, 16:45
Gündəm

Növbəti həftədən Azərbaycanda 50-yə yaxın baxçada isti yeməklə təminata başlanılacaq.

Bunu təhsil naziri Emin Əmrullayev brifinqdə deyib. Onun sözlərinə görə, bağçalarda uşaqların qidalanmasına dair standartların ilkin versiyası hazırlanıb.

"Hazırda bağçalarda uşaqların qidalanması 1994-cü ilin normativi ilə tənzimlənir. Qida qramla qeyd edilib. Siyahıdakı ərzaqların bir çoxu bazarda yoxdur. Bizim yanaşmamız qida növləri ilə deyil, kalori, yaşa uyğun norma ilə tənzimlənmədir".