Sosial şəbəkədə biz:

Cahandar Bayoğlunun proqram xarakterli çıxışı

26 November 2022, 18:11
Gündəm

Kafkazlar'da, İran'da, Ortadoğu'da baş verən geosiyasi dəyişkənliklərdə, Azərbaycan-Türkiyə.

(Turan Partiyası Genel Başqanı Cahandar BAYOĞLU’un ÇIXIŞI:)

Bu gün Kafkazlarda, Anadoluda Azərbaycanda və Orta Doğuda bəlli bir münaqişə zolaqları var ki, həmin konfliktlər üzərində mübarizə dünya güclərinin mücadilə meydanına çevrilib. Bu mübarizə zolaqlarından biri Qarabağ üzərindən Naxçıvan daxil Zəngəzur bölgəsidir. Söhbət Azərbaycanımızın Güneydən, Qərbi Azərbaycan adlanan bölgədən İraq sınırlarına kimi olan bir zolaqdan gedir. İraq sınırından da Suriya daxil, Akdənizə qədər olan bölgə uğrunda bir mücadilə var. Bu mücadilədə həm kürəsəl dövlətlər, həm də Türkiyə və İran kimi iki bölgə dövləti də iştirak edir. Rusiya, Amerika, Fransanın şəxsində Avropa dövlətləri ilə yanaşı, Ortadoğuda böyük siyasi hədəfləri olan İsrail də bu mücadilədə yer alır. Həmin mücadilənin içərisində olan bölgədə yalnız və yalnız üz-üzə qoyulacaq iki toplum var. Onlardan biri Kürd, digəri isə torpaqları üzərində oyunlar qurulan Böyük Türk milləti. Bilirsiz ki, Osmanlı İmperiyasının çöküşündən sonra Türkiyənin mısakı milli sınır hədəfləri var ki, bu sınırlar içərisinə bugünkü İraqın və Suriyanın quzeyi də daxildir. Eyni zamanda, həmin bölgələr Sovetlər Birliyi dönəmində Türkiyəyə qarşı qurulmuş qəsd siyasətində bir silah vasitəsi kimi istifadə olunub. Bu bölgə terrorist qüvvələrin yetişdirilməsi üçün seçilib. Söhbət İranın, İraqın və Suriyanın Türkiyə ilə sınır bölgəsindən gedir.

O, zamanlar bu bölgədə daha çox sovetlər birliyi nüfuz sahibi olduğuna görə, Məhəmməd Bərzaninin özü 45 - ci illərdə Moskvanın birbaşa diktəsi ilə bir Kürd muxtariyəti qurmuşdu. Sonra da sovetlər birliyinin himayəsindəki indiki Bərzanilərin atası o bölgəyə qaytarılmış və sonra da Quzey İraqa köçürülmüşdür. Bugünkü Türk yurdu olan Ərbil şəhərini ələ keçirərək orada özlərinə muxtariyyət elan ediblər. Həmin muxtariyyətin arxasında sovetlər birliyi dağılandan sonra Amerika gücləri yer alıb. Bu bölgənin də ələ keçirilməsində İranın İraqa olan müharibəsinin də böyük rolu olub. Çünki bölgəyə nüfuz edən güc mərkəzləri onların kullanılnasına nail ol biliblər. Sonrakı dönəmlərdə PKK- nın güclənməsi, sovetlər birliyi tərəfindən İraq və İranın sınırı Qəndil istiqamətindən Suriyada böyük əsgəri alanların, kampların yaradılması Türkiyəyə qarşı ordu, əsgəri birliyin formalaşdırılması həyata keçirilmişdir. Həmin birliklər Türkiyənin içərisində son 30 ildə böyük terror eyləmləri keçirib. Türkiyənin siyasi hakimiyyətini və siyasi hakimiyyətində Fətullah Gülən kimi bir çətəni gücləndirən və PKK kimi gücü ələ keçirən Amerika Türkiyəni içdən və dışdan qarışdırmağa nail olmaq istəyir. Türkiyənin içərisindən həm də dışarıdan təzyiqlər edənlər bu ölkəni federallaşdırıb, gələcəkdə böyük kürdüstan ideyasını gerçəkləşdirməsi, kürd dövlətinin formalaşdırılması uğrunda mübarizənin içərisində olublar. Amma, Böyük Türk millətinin dövlət təfəkkürü, dövlət ağlı bütün bu mücadilələrə qarşı olub. Bu mücadilənin hər biri də bizim gözümüzün qarşısında baş verib. Nəhayət 2016-cı ildə Amerikanın taşoron gücü olan Fətullah Gülən çətəsinin çökdürülməsi, Türkiyənin bağımsız iradəsinin güclənməsi , Azərbaycan cümhuriyyətində Moskvanın FETÖ-yə yaxın çətələşdirdiyi METO-nun zəifləşməsi Türkiyə və Azərbaycanın dövlət olaraq yaxınlaşmasının əsasını təşkil edib.

Bu gün nələr baş verir?
Bilirsiz ki, Türkiyə Azərbaycan yaxınlaşması fonunda Qarabağ savaşında Azərbaycan qalib gəldi. Bu yeni reallıq Zəngəzur konusunu gündəmə gətirib. Hazırda Zəngəzurdan dəhlizin açılması , Türkiyə ilə Azərbaycan arasında quru yolunun qurulması uğrunda mücadilə gedir. Savaş zamanı ilk olaraq Milliyətçi Hərəkat Partinin Genel Başqanı Dövlət Bahçeli “Zəngəzur dəhlizi bizim olmalıdı”, deyə bir açıqlama vermişdir. Təbii ki, savaşdan sonrakı dönəmdə də bu bizim siyasətimizin prioriteti olub. Zaman-zaman Zəngəzur konusu gündəmə gələndə, bir çox Azərbaycandakı siyasi xadimlər “Xankəndi həll olunmadı, Zəngəzurda nə işimiz var?” deməyə başladılar. Aynı zamanda “Türkiyənin iç problemləri olduğu halda, Suriyada, İraqda nə işimiz var”, lafları ortaya çıxmışdır. Təbii, bu lafları söyləyən güclərin hər birinin arxasında duran güclər aynıdır və bunları həm Azerbaycana, həm Türkiyəmizə qarşı kullandıra bilirlər. İranda baş verən olaylardan öncə fikir verdiz ki, Azərbaycanda “Zəngəzur-Göyçə dövlətini” hərəkətləndirdilər. Ortaya Kürd faktorunu yerləşdirə bildilər. Geydirmə bir cumhur başkanının yardımçısını Ərbilə siyasi görüşlərə göndərdilər. Onu Ərbilə göndərməkdə məqsəd oyunun içərisinə Kürd zolağını yerləşdirmək idi. Biliərsiz ki, Ərbildəki bərzanilərin dövlətinin yönətimi özünün bütün xəritələrində Naxçıvanı, Güney və Quzey Azərbaycanın digər ərazilərini , Qərbi Azərbaycanı, İraqın sınır bölgələrinin, Türkiyənin bəzi bölgələrini “Kürdüstan” xərətəsi kimi hələ də öz siyasi propaqandalarında kullanırlar.

Hətta hava proqnozları veriləndə bölgələrin bütününün isimləri sənələrdi propakanda olaraq kullanılırdı. Bu gün, biz nə ilə üz - üzəyik? Biz bu gün Türkiyə ilə Azərbaycan arasında qurulacaq böyük problem olan taşoran kürd amilindən xilas olmaq üçün , Türk dünyasının arasına çəkilmiş böyük sədlərin aradan qaldırılması uğrunda mücadilə uğrunda meydanda olmalıyıq. Meydanda olduğumuz zamanda həm içdən, həm də dışdan bizim əl - ayağımıza dolaşan çoxsaylı qüvvələrlə üz - üzə olacağımız da məlumdur. İranın içində olan olayların başlanması, xalqın ayaqlanmasını şərtləndirən əsas amil xalqın rejimdən doyması olmasına baxmayaraq, proseslərin kışkırtılması yurt dışından olmuşdur. Özəlliklə kürəsəlçi Amerikanın taşoron gücləri olan şahçıların, xalq mücahidlərinin, terrorist PKK, YPK, PYD, Komole, Kürd Demokrat Partiyası və Pejak tərəfindən orqanizə edilmişdir.Fransa daxil Avropanın bir sıra dövlətləri bu işin içərisində yer almışdılar və İçəridə kütləvi hərəkətlənməni gerçəkləşdirdilər. Bu olaylarda siyasi- ideoloji şüarlar daha çox dağlarda olan Peşmərqənin eşkiya güclərinin, terorçuların siyasi sloqanları meydana gəlmişdir. Hətta, Türk bölgələrində səslənən şüarları bizim insanlarımıza belə səsləndirməyə cəhd etmişdilər. Sonrakı dövrdə, Azərbaycan milli hərəkatı Güneydə gedən türklük hərəkatı olayın fərqində olmuş və Azərbaycan türklük hərəkatını İran müxalif hərəkatının siyasi oyunlarından kənarlaşdırmağa cəhd etmiş və bölgədə, özəlliklə İranda siyasi dəngələrin dəyişdirilməsinə nail olmuşdur. Bu gün Azərbaycan özəl faktor olaraq İranda meydana çıxmışdır. Amerika, Avropa yönümlü siyasi güclərin son dönəmlər açıqlamalarına fikir versəniz Azərbaycan amilinin yada düşdüyünü görürük. Mehsume Elnejad qadın hərəkatının lideri kimi tanıtdırılan bu qadın açıqlamalarında Təbrizin rəsmini paylaşaraq “ittihad” deyir. Eyni zamanda, Türk olan qızlarımızın qadın azadlığı uğrunda mücadilələrində demokratiya şəhidi olmaqları ilə onları himayət etməyə başlamış, onların da rəsmləri o güclər tərəfindən paylanmağa başlanmışdır. Hətta bu gün böyük farscı və paniranist bir azərbayvanlı sayılan Rza Moridi Kanadadan açıqlama verərək, Azərbaycanı kürdlərin himayə edilməsinə çağrış edib. Hansı kürdlərin? Bu gün Qərbi Azərbaycand olan Mahabad Qərbi Azərbaycan ərazisi olmasına baxmayaraq, panfarsist, paniranist sayılan, soyu isə bizdən olan Rza Moridi ora Kürdüstan deyərək Azərbaycanı Kürdüstana dayaq durmağa çağırmışdır. Bu amil ondan xəbər verir ki, bölgədə Amerikanın taşaronluğunu həyata keçirmək istəyən güclər, Türkiyə və Azərbaycan dövlətləri arasında yeni bir Ermənistan qurmağa çalışan güclər artıq dərk etməyə başlamışlar ki, bölgədə türklər olmadan, Təbriz olmadan hər hansı bir siyasi iradəni gerçəkləşdirmək mümkün deyil. Belə bir duruma da fikir verək ki, İraqda Türkiyə iki gün bundan öncə “ Pəncə Kılıç”operasiyonu həyata keçirdiyi bir zamanda böyük uğur qazanmışdır. Havadan olan bu saldırılar terrorist güclərin qərargahlarına və əsgəri birliklərinə yönəlmiş olub. Terrorçular böyük itkilər verib. Türkiyə özünün güvənlik zolağında daha da güclənməsini təmin etmişdir. Belə bir durumda ən çox narahat olan İran oldu. İran həmən o bölgədə olan kürd ərazilərinə raketlər, füzələr atmağa başlamışdır. Daha çox bildirmək istəmişdir ki, mən də varam. Bilirsiz ki, Türkiyənin əsgəri hərəkətlənməsində ən çox yer alan İraqın quzey hissəsi idi ki, o bölgə tamamilə İranla sınır olan bölgədir. Kərkükün düz yanından Suriya sınırına qədər bir bölgədə türk əsgərləri havadan operasionlar keçiriblər. Bu İranı olduqca narahat etmişdir. Bu gün türk dünyasının bir Turan coğrafiyası varsa, İran şiəliyinin də bir “şiə hilalı” siyasəti var. Həmin o ayparaya baxanda görürük ki, o bölgə Suriya və İraqın kuzey bölgəsidir. Türkiyənin milli sınırlarını əhatə edir. Bu ondan xəbər verir ki, İran da özünü Akdənizə çıxma, Akdənizə qədər olan coğrafiyada strateji hədəfləri həyata keçirmək üçün şiəçilik zolağından yararlanmaq istəyir. İran, Həmin zolaqda Türkiyənin güvənlik zolağı ilə toqquşur. Eyni zamanda həmin bölgədə Amerika, Rusiya ilə də toqquşur. Amerika da həmin bölgədə “böyük Kürdüstan” qurmaq istəyir ki, həmin kürd zolağı ilə Aralıq dənizinə kimi kürdlərin çıxışını təmin etsin. Bu işi görməklə də, gələcəkdə Türkiyəni sınırlarından təhdid kuşatmasının çəmbərinə almaq istəyir. Bu siyasət bu gün daha da aktual olaraq gündəmdədir.Azərbaycanın bəzi kürəsəlçi, Fətullah gücləri, aynı zamanda İran - fars - faşist dairələrinə bağlı olan bəzi dairələri deyir ki, çox şükür. İran qonşu dövlət olaraq Azərbaycana saldıracaqdı, nə gözəl ki, bunu etmədi və İraqı hədəfə aldı. Bu təbliğatı quran vətəndaşlar bilməlidir ki, bura nə İraqdır, nə Suriyadır. Bura Türkiyənin mısakı milli sınırları içərisində olan bir türk bölgəsidir ki, bu bölgəni kim ələ keçirsə, həmin bölgədə nüfuz sahibi və diqtə edici güc olacaq. Bu gün belə bir bölgənin İran tərəfindən nüfuz dairəsinə alınmaq niyəti Azərbaycana savaş açması hesab olunmalıdır. Ona görə də, artıq operasyonlar İraqın quzeyinə köçmüşdür. Azərbaycanın quzeyində bir sıra olaylardan İranın yayınacağını düşünən insanlar bilməlidirlər ki, Azərbaycan və Türkiyənin çıxarları ortaqdır. Bu gün Türkiyəyə saldırı varsa bu Azərbaycana saldırıdır. Bu konuda da sevinənlər, toplumumuzu aldadanlar və başqa güclərin əlinə oynayanlar bilsinlər ki, bu cür propoqandalarla kimsəni aldada bilməzlər. Bu baxımdan olayları izlədikcə o qənaətə gəlirəm ki, artıq Azərbaycan və Türkiyə, Güney Azərbaycanda gedən Türklük hərəkatını ortaq hərəkata keçməyin tam zamanıdır. Bu gün kim nə deyir desin, Azərbaycanla Türkiyə bir-birindən kənar dış siyasət yürüdə bilməz. Belə bir durumda da, türklük hərəkatına sahiblənmək, həm Azərbaycan dövlətinin dövlət maraqlarına, həm Türkiyənin dövlət maraqlarına, həmdə ortaq olan milli maraqlarımıza sahiblənmək kimi dəyərləndirilməlidir. Dövlətimizin maraqlarını qorumaq üçün Azərbaycanın güneyində olan Türklük hərəkatının cazibə gücü, cazibə mərkəzi Azərbaycan və Türkiyə olmaqla yanaşı, bu iki cümhuriyyətin bir arada hərəkət etməsinin şərtlərinə bağlıdır. Biz bunun işartılarını artıq görürük. Azərbaycan Cumhur Başkanı sayın Əliyevin Azərbaycanımızın güneyinə yönəlik son açıqlamaları, Azərbaycan Respublikasında Güneyə yönəlik təbliğat, təbliğat makinasının işə düşməsi , Azərbaycan dövlətinin türklük hərəkatına sahiblənmə siyasətindən qaynaqlandığını göstərir. Mən də belə düşünürəm ki, Şuşa Bəyənnaməsini imzalayan Azərbaycan Cümhuriyyəti bu addımı atanda Türkiyə ilə məsləhətləşməmiş deyil və ortaq qərar almışdır. Bu konuda da Azərbaycan və Türkiyənin, Azərbaycanımızın Güneyində türklük hərəkatına sahiblənməsinin şahidi oluruq. Bizlər isə bu sürəcin daha doğru və düzgün idarə olunmasına çalışmalıyıq. Azərbaycan türklük hərəkatının içərisinə PKK terorunun, farsçılığın və eyni zamanda bölgədə öz çıxarlarını güdən qüvvələrin girməsinə qəti imkan vermək olmaz. Biz Azərbaycanın bəzi televizyonlarında şahçıların təbliğatının getdiyini görürük. Bəzi televizyonlar PKK-nın yayın qurluşlarından aldığı bəzi bilgiləri Azərbaycana, onun cəmiyyətinə sırımaq istəyir.

Bunların hamısının olmaması üçün Azərbaycan və Türkiyə Cümhuriyyətləri tərəfindən birgə təbliğat üçün ortaq mexanizmlər qurulmalıdır. Televiziyalara kimlərin çıxıb təbliğat aparacaqları ilə bağlı kurallar olmalıdır. Kimi gəldi televiziyalara buraxmaq olmaz. Bilirsiniz ki, SSRİ dönəmində rus KQB-si İranla işləmək üçün böyük agentura şəbəkəsi qurmuşdu. Həmin çətənin üzvləri Milli Hərəkatımızın içərisinə sıza bilər. Hazırda onlar müxtəlif ölkələrdə fəaliyyətlərini davam etdirirlər. Bu cür güclərin Türklüyə mane olmalarının qarşısı alınmalıdır. Bununla yanaşı kürəsəlçi güclərin də proseslərə müdaxilə imkanları zəifləməlidir. Xüsusilə də həmin güclərin əlində alətə çevrilən FETÖ şəbəkəsi və Avropa Birliyi adı ilə Fransa və digərlərinin nökərliyini edənlərə qarşı birgə mücadilə aparılmalıdır. İki böyük güc olan: Rusiya SSRİ dönəmində, ABŞ isə postsovet dönəmində regionumuzda güclü təbliğat aparıblar, çətələr qurublar. Sonu çatan Tehran rejimi və Ermənistan da bu çetelərdən faydalanaraq bizə qarşı faliyyət göstərmək istəyir. Hər ikisinin niyyəti birdir: bölgədə bizi kullanın, biz də sizin qullarınız olaraq , böyük türk millətinə qarşı istənilən hədəfə doğru fəaliyyət göstərə bilək. Hətta Türkiyə ilə Azərbaycan arasında “böyük kürdüstan” qurmağa belə hazırlıqlarını bəyan edirlər. Hesab edirəm ki, iki qardaş ölkənin dövlətləri ilə yanaşı, həm də siyasi güclərimiz bu istiqamətdə ciddi fəaliyyətə keçməlidir. Təbii ki, söhbət FETÖ, SOROS-a qulluq edən, Moskvadan ilham alan partiyalarımızdan deyil, milli iradənin təmsilçisi olan siyasi təsisatlarımızdan gedir. Bu cür siyasi güclər Güney Azərbaycandakı Milli Hərəkatla bütünləşməlidir. Biz bir millətiksə milli mücadiləmiz də bir olmalıdır. Hədəf Bütöv Azərbaycandır, hədəf Türkiyə-Azərbaycan Konfederasiyasıdır-Andıdır. İnanıram ki, bütün millətçi güclərimiz bir çatı altında birləşib, bizə qarşı olan digər güclərin fəaliyyətini tam sıfırlayacağıq.

22/11/2022 Baku