Sosial şəbəkədə biz:

Fəzail Ağamalının qızının bağçasında dəhşət: uşağın ayağı belə sındı – VİDEO

27 November 2022, 14:46
Gündəm

Deputat Fəzail Ağamalının qızının rəhbərlik etdiyi uşaq bağçası ilə bağlı ittihamlar var. “Reportyor.info” xəbər verir ki, Mehriban Fərruxlu bu haqda sosial mediada paylaşım edib. Onun sözlərinə görə, 4 yaşlı qızı Firəngizin yüz ölçüb bir biçdikdən sonra özəl bağçaların birinə getməsinə qərar verib: “Buta bağçasını tapdım. Allah mənim canımı alaydı körpəmi o məsuliyyətsizlərə əmanət etdiyim yerdə. 18 noyabr 2022 qızımı Fəzail Ağamalının qızı Günay Agamalının rəhbərlik etdiyi Buta bağçalarının Gənclik filialına apardım. Nəhayət 23 noyabr 2022 saat 15.21 de nəzarətsizlik ucbatından qızım ikinci mərtəbədə yerləşən yataqdan yerə yıxılıb ayağı sınıb və başı travma alıb. Günlərdir ki, susdum, dözdüm və məqsədim vardı Günay Agamalıdan məlum videonu əldə etmək üçün səbr etdim. Balam günlərdi zülm çəkir.
Üç həftə gipsdə qalacaq ayağı. Bu məsuliyyətsizlər qanun qarşısında cavab versinlər”.
Videonu təqdim edirik:

https://youtu.be/QnLl5zAcqUE