Sosial şəbəkədə biz:

Xətaidə yolun ortasında obyekt tikilir, İcra Hakimiyyəti göz yumur? - FOTO

28 November 2022, 16:48
Gündəm

Xətai rayonu Sarayevo küçəsində yolun ortasında ağaclar kəsilərək yerində obyekt tikilir.
Azinforum.az bildirir ki, bu barədə rayonun sözügedən ərazidə yaşayan sakinləri Yeniavaz.com-a məlumat veriblər.
Sakinlər yolun ortasında tikilən obyektin fotolarını da redaksiyamıza təqdim ediblər.
Obyekti kimin tikdirdiyi, müvafiq icazə sənədlərinin olub-olmaması barədə məlumat yoxdur.

Məsələ ilə bağlı Xətai Rayon İcra Hakimiyyətinin müvafiq şöbəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.