Sosial şəbəkədə biz:

Naxçıvanın deputatının hadisələrdən xəbəri yoxdur? – “Nə var ki?”

29 November 2022, 17:47
Gündəm

“Mənim Naxçıvanda baş verən hər hansı hadisə haqqında məlumatım yoxdur. Mən də sizin kimi bəzi xəbərləri mətbuatdan oxuyuram. Ona görə də bilmədiyim şey haqqında danışmaq istəmirəm”.

Bunu Gununsesi.info-ya açıqlamasında Naxçıvandan olan deputat Eldar İbrahimov Muxtar Respublikanın gömrük orqanlarında keçirilın anti-korrupsiya əməliyyatlarına dair suala cavabında deyib.

“Bəs, bölgənin deputatı kimi nə üçün maraqlanmırsınız” sualına isə deputat belə cavab verib: “Xəbərlər yayılır, eşidirik. Maraqlanmalı nə var ki?”

"Yeni Sabah" xatırladır ki, E. İbrahimov 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputat seçilib. Yəni düz Naxçıvanın mərkəzi hissəsinin Milli Məclisdə təmsilçisidir. Lakin öz ərazisində baş verən hadisələr haqda yalnız mətbuat vasitəsi ilə xəbər tutduğunu bildirir.