Sosial şəbəkədə biz:

Azərbaycanda hər 100 ailəyə neçə avtomobil?

30 November 2022, 08:23
Gündəm

Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan hesabata görə, 2021-ci ildə hər 100 ailəyə 40,1 minik avtomobili düşüb.

Əsas məişət avadanlıqları ilə hər 100 ailənin təminatı belə rəsmiləşib:

soyuducu – 111,4 ədəd

tozsoran – 93,9 ədəd

paltaryuyan maşın – 83,2 ədəd

kondisioner – 45,6 ədəd

qabyuyan maşın – 2,5 ədəd.

Statistikaya əsasən, 2021-ci ildə hər 100 ailənin 195,9 mobil telefonu, 111,4 televizoru, 25,7 noutbuku, 17,8 kompüteri olub.