Sosial şəbəkədə biz:

“Şərurlu İsfəndiyar” Fəzail Ağamalının mətbuat katibinə vəzifə verdi

01 December 2022, 17:11
Gündəm

Uzun müddət millət vəkili Fəzail Ağamalının rəhbəri olduğu Ana Vətən Partiyasında mətbuat xidmətinin rəhbəri olan Tünzalə İsmayılovanın partiyadan ayrılaraq , yeni işə başladığına dair məlumat əldə etmişik. Tünzalə İsmayılova Azinforum.az-a açıqlamasında faktın doğruluğunu təsdiqləyib: “ Artıq bir müddətdir ki, tanınmış iş adamı İsfəndiyar Axundovun rəhbərli olduğu “Şərur MTK”-da işə başlamışam. Burdakı işim də mətbuat xidmətinin rəhbəridir. Partiyadakı işimi niyə dəyişməyimlə bağlı əlavə heç nə danışmaq istəmirəm”.

Azinforum.az